Səfir: İtaliya Bakıda keçiriləcək COP29-da çox yüksək səviyyədə təmsil olunacaq
İtaliya Bakıda keçiriləcək COP29-da çox yüksək səviyyədə təmsil olunacaq.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko bildirib.
“Azərbaycan hökumətini belə mühüm tədbirə ev sahibliyi etmək öhdəliyini üzərinə götürdüyünə görə təbrik etmək istərdik. Ümumiyyətlə, İtaliya COP29-da çox yüksək səviyyədə təmsil olunacaq”, - diplomat deyib.
Səfir əlavə edib ki, konfransın gündəliyinə Dubayda keçirilmiş COP28-də qaldırılan iqlim dəyişikliyi, dayaqıqlılıq və digər aspektlər kimi məsələlər daxildir.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabr ayında Bakıda keçiriləcək. Bu barədə qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Oxşar xəbərlər
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4 - FOTO
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Q...