Səfir: Tacikistan Orta Dəhliz çərçivəsində Azərbaycanla əməkdaşlığı genişləndirir
Tacikistan Orta Dəhlizi özünün nəqliyyat və xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirir ki, bu da Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon deyib.
Onun sözlərinə görə, Tacikistan 2023-2028-ci illər üçün logistika sisteminin inkişafı üzrə Dövlət Proqramında təsbit edilmiş nəqliyyat-logistika infrastrukturunun inkişafı kursunu ardıcıl olaraq həyata keçirir. Səfir qeyd edib ki, proqram regional və beynəlxalq əhəmiyyətli logistika komplekslərin yaradılmasını, nəqliyyat infrastrukturunun inkişafını və yüklərin daşınması zamanı xərclərin azaldılmasını nəzərdə tutur.
"Bütövlükdə, Tacikistanın Orta Dəhlizin inkişafında iştirakı daha dayanıqlı və tətbiqi xarakter alır. Bu da Azərbaycanla ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün ilk növbədə nəqliyyat proseslərinin rəqəmsallaşdırılması, birgə logistika həllərinin inkişafı və Mərkəzi Asiya, Xəzər regionu və Cənubi Qafqaz arasında tranzit zəncirlərinin səmərəliliyinin artırılması sahələrində əlavə imkanlar açır", - diplomat bildirib.
İ.Abdurahmon qeyd edib ki, daşımaların rəqəmsallaşdırılması və tranzit marşrutlarının səmərəliliyinin artırılması sahəsində Tacikistan və Azərbaycanın müvafiq qurumları arasında koordinasiyanın dərinləşməsi nəqliyyat-logistika sahəsindəki qarşılıqlı fəaliyyətin inkişafına əlavə təkan verir: "Xüsusilə, tərəflər ardıcıl olaraq beynəlxalq avtomobil daşımaları üçün elektron icazə sənədlərinin praktiki tətbiqinə keçirlər, bu da kağız sənəd dövriyyəsinin azaldılmasına, inzibati prosedurların sadələşdirilməsinə və tranzit əməliyyatlarının sürətləndirilməsinə yönəlib".
Bununla yanaşı, səfir vurğulayıb ki, informasiya platformaları arasında məlumat mübadiləsinin genişləndirilməsi, "vahid pəncərə" mexanizmlərinin inkişafı və yüklərin real vaxt rejimində izlənilməsi üzrə sistemlərin tətbiqi də daxil olmaqla, nəqliyyat sistemlərinin rəqəmsal əlaqəliliyinin inkişafı üzrə işlər gücləndirilir.
İ.Abdurahmon əlavə edib ki, tərəflər nəqliyyat-logistika marşrutlarının səmərəliliyinin artırılması üzərində işləyir və Bakı Beynəlxalq Dəniz Limanı ilə praktiki qarşılıqlı fəaliyyəti genişləndirirlər.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Vilayət Eyvazovdan VACİB QƏRAR: Hərbi Prokurorluğun bəzi səlahiyyətləri ləğv edildi
Cinayət işlərinin, cinayətlərin və onları törətmiş şəxslərin qeydiyyatını, habelə cinayətkarlığın vəziyyətinə dair statistik hesabatların tərtib edilməsini yaln...