Səfir: “Keşikçi dağla bağlı status-kvo mərhələli şəkildə bərpa olunur”
Yeniliklərdən dərhal xəbərdar olun
“Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı status-kvo mərhələli şəkildə bərpa olunur”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.
O, hazırda ruhanilərin kompleks ərazisində sərbəst şəkildə hərəkət etdiklərini deyib.
Səfir qeyd edib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya fəaliyyətini davam etdirir: "Komissiyanın növbəti iclasının gələn ilin əvvəlində Tbilisidə keçirilməsi nəzərdə tutulur. Toplantıda vacib nəticələrin əldə olunacağına ümid edirəm".
Oxşar xəbərlər
XİN başçılarının təxirə salınan görüşü yaxın günlərdə keçiriləcək
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonuna qədər Tbilisidə keçiriləcək. BAKU.WS xəbər verir ki, bu barədə “Report”...