Səfir: “Azərbaycanın Ukraynaya humanitar yardımından on minlərlə vətəndaş istifadə edib”
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu aylar ərzində Azərbaycanın Ukraynaya humanitar yardımından on minlərlə vətəndaş istifadə edib. Buna görə təşəkkürümü bildirirəm”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
“Bu gün unikallığı ilə fərqlənir. Çünki Ukraynaya humanitar yardımın coğrafiyası genişlənir. Bu gün 100 tondan çox yardım Bakı və Gəncə şəhər icra hakimiyyətlərinin vasitəsilə Ukraynaya göndərilir”, - diplomat vurğulayıb.
Onun sözlərinə görə, bu, iki ölkənin ərazi vahidləri arasında əlaqələrin genişlənməsindən əlavə, ölkələrimiz və xalqlarımız arasında dostluğu da nümayiş etdirir:
“Bu dostluq səmimidir. Ona görə də bu yardım sadəcə formallıq olaraq yox, ürəkdən göndərilir. Bu səbəbdən bu yardım dəyərlidir”.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...