Səfir: Azərbaycan şəffaf və iştirakçılara yönəlmiş COP29 konfransı keçirəcək
Azərbaycan iqlim gündəliyinin bütün məsələləri üzrə irəliləyişə nail olmaq məqsədilə şəffaf, qərəzsiz, inklüziv və iştirakçılara yönəlmiş COP29 konfransının keçirilməsinə sadiqdir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Chamber UK"də dərc olunmuş məqaləsində yazıb.
Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə ambisiyaların artırılmasına və Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) ədalətli razılaşdırılması yolu ilə onların həyata keçirilməsinin təmin edilməsinə çalışır.
Diplomat vurğulayıb ki, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq və COP29-da nəticəyə nail olmaq üçün çoxtərəfli diplomatiya sahəsində özünün unikal təcrübəsindən istifadə edir. COP29 sədrliyinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə sıx bağlı olan 14 təşəbbüsü ən həssas ölkələrə və qruplara xüsusi diqqət yetirir.
E.Süleymanov həmçinin qeyd edib ki, Britaniya ilk günlərdən COP29-un keçirilməsində Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan iqlim tədbirlərini öz milli inkişaf planlarına daxil etməklə və "yaşıl keçid"ə fəal investisiya yatırmaqla nümunə göstərir.
"Bakıda keçirilən COP29 ölkələrin birləşməsi və iqlim dəyişikliyinin problemlərini həll etməsi üçün mühüm fürsətdir. Azərbaycanın yanaşması bütün ölkələrin, xüsusilə də ən həssas ölkələrin səslərinin eşidilməsinə və nəzərə alınmasına yönəlib", - məqalədə vurğulanıb.
Oxşar xəbərlər
COP28-in yüksəksəviyyəli lideri: "İqlim dəyişikliyi ilə birgə mübarizə önəmlidir"
"İqlimlə bağlı fəaliyyətin mümkün, sərfəli və eyni zamanda, populyar olduğunu nümayiş etdirən bir sıra proqramlar var". "Report" xəbər verir ki, bunu BMT-nin İq...