Səfir: “Artıq Rusiya ilə Azərbaycan arasında quru sərhədlərini açmaq lazımdır”
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan tərəfi qarşılıqlı inkişaf üçün çox münbit şərait yaradıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, iki ölkə arasında rəqəmsal innovasiya sahəsində də sənədlər imzalanıb.
Rusiya və Azərbaycan Elmlər Akademiyalarının əlaqələrinə diqqət çəkən diplomatın sözlərinə görə, elmi texnoloji inkişaf çox əhəmiyyətlidir. Səfir əlavə edib ki, elm sahəsində də Rusiya və Azərbaycan önəmli addımlar atılacaq.
Boçarnikov turizm sahəsindən də danışıb. O diqqətə çatdırıb ki, Azərbaycan hər zaman rus turistlərin diqqət mərkəzində olub.
“Artıq quru sərhədlərini açmaq lazımdır. Bununla daha çox turist səfər edəcək”, - diplomat qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...