Sədərək Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, o, eyni zamanda müvəqqəti olaraq icra başçısının səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, Naim Etibar oğlu Cahidzadə 1989-cu il avqustun 18-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub. Bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...