Sədərək istiqamətində yerləşən döyüş mövqelərimiz yenidən atəşə tutulub

Sədərək istiqamətində yerləşən döyüş mövqelərimiz yenidən atəşə tutulub
Siyasət 194

İyulun 19-u saat 20:50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Oxşar xəbərlər

Son xəbərlər