"Seçki pozuntularına Avropa qurumlarının səssiz qalması suallar doğurur" - EKSPERT
Ermənistanda seçki prosesi zamanı qeydə alınan çoxsaylı qanun pozuntularına baxmayaraq, Avropa qurumlarının bu faktlara münasibəti diqqət çəkir.
Bunu politoloq Əziz Əlibəyli BAKU.WS-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, seçkilər zamanı təkrar səsvermə cəhdləri, sosial şəbəkələrdə və bir sıra seçki məntəqələrində səsvermənin dayandırılması, eləcə də gizli təşviqat halları qeydə alınıb.
Politoloq bildirib ki, bu faktlarla bağlı səsləndirilən suallara Avropa institutları tərəfindən demək olar ki, heç bir əməli münasibət göstərilmir.
Ə.Əlibəyli qeyd edib ki, ümumilikdə seçki prosesi ilə bağlı 125 müraciət daxil olub. Həmin müraciətlərdə qanunsuz təşviqat aparılması, hakimiyyətə yaxın şəxslərin xüsusi nişanlardan istifadə etməklə gizli təbliğat həyata keçirməsi kimi iddialar yer alıb.
Onun sözlərinə görə, bəzi seçki məntəqələrinin təşkilinin seçicilərin iradəsinə təsir göstərə biləcək formada qurulduğu, səsvermə texnikası və prosedurları ilə bağlı da çoxsaylı pozuntuların baş verdiyi bildirilir.
Politoloq hesab edir ki, bütün bu faktlara baxmayaraq, Avropa Parlamenti müşahidəçiləri qeydə alınan pozuntuları fərqli şəkildə qiymətləndirir və onlara adekvat münasibət sərgiləmirlər.
Ə.Əlibəyli vurğulayıb ki, beynəlxalq müşahidə missiyalarının etibarlılığı və obyektivliyi üçün seçki prosesində baş verən bütün pozuntulara vahid meyarlarla yanaşılması vacibdir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Assosiasiya: Münaqişə Azərbaycan və İran arasında işləyən daşıyıcıların işinə təsir göstərməyib
ABŞ və İran arasında silahlı münaqişə Azərbaycan və qonşu ölkə arasında hərəkət edən daşıyıcıların işinə təsir göstərməyib. BAKU.WS report-a istinadən xəbər ver...