Şəbnəm Həsənova: "Artıq tarixin gözünün içinə dimdik baxan duruşumuz var"

Şəbnəm Həsənova: Artıq tarixin gözünün içinə dimdik baxan duruşumuz var
Siyasət 69

"20 yanvar hadisələrinin 36-cı il dönümündə Azərbaycan xalqı tərəfindən bu qədər qürurla, ləyaqətlə anılması, şəhidlərimizin ruhuna sonsuz ehtiram duyulması şübhəsiz ki, Azərbaycan xalqının öz tarixini dərindən bilməsi, dərk etməsi lə əlaqədardır. Həm də artıq söyləyə, dilə gətirə bilməsinə bağlıdır".

Bunu BAKU.WS-ə Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Onun sözlərinə görə, xalqımız tarixini gözəl bilir, prosesləri aydın dərk edir və biz məhz bu reallıqlar kontekstində ərazi bütövlüyü və suverenliyimizi təmin edən xalqıq:

"Müstəqilliyin, azadlığın, öz ləyaqəti uğrunda mübarizənin nə demək olduğunu anlayan xalqıq! Hər şey 20 yanvar şəhidləri ilə başladı. Hər şey xalq olaraq birliyimizlə bitməlidir. 20 yanvar şəhidləri və torpaq uğrunda canından keçən şəhidimizin heç biri ölməyib. Onlar bizim qəlbimizdə daim yaşayır, onlar diridirlər! Çünki xalqımızın alını açıq, Müzəffər Liderimizin duruşu dikdir! Müzəffər Ali Baş Komandanımızın bütün şəkilləri danışır! Artıq tarixin gözünün içinə dimdik baxan duruşumuz var.

Məhz 20 yanvar hadisələri bütün nəsillərin nümayəndələri üçün qan yaddaşı və yaddaş kitabçası olmalıdır. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatlarında bütün dünyaya sübut etdi ki, torpaq bizim üçün hər şeydən, candan da əzizdir. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, "Mən də, mənim övladlarım da bu Vətən uğrunda, bu torpaq uğrunda canından keçməyə hazırdır". Azərbaycanın hər bir vətəndaşı, hər bir nəslin nümayəndəsi məhz bu düşüncədədir.

Şəbnəm Həsənova:

Çünki xalqımız bilir ki, nicat yoluna necə çıxdı, qanlar tökərək, önünə məftillər çəkilən yollardan keçərək. Bu, haqq yoludur. Bu yol böyük qanlar, qadalar bahasına keçildi. Bu baxımdan 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatları ilə Azərbaycan uğrunda şəhid verən, şəhid sayəsində yaşayan hər bir kəs bilməlidir ki, tariximizi unutmalı deyilik, sayıq olmalıyıq, diri olmalıyıq. Hər zaman bu tarixin gözünün içinə dimdik baxmalıyıq. Bütün bu reallıqlar fonunda Azərbaycan revanşizmə səsləmir. Sülhdə təkid göstərir. Hər hansı münasibətləri qurmaq üçün qisas almaq yolunu tutmur.

Bizim artıq yolumuz düzdür və birdir. Bu yol milli ləyaqətin daha da qorunması, reallıqlarımızdan dönməmək və torpaq uğrunda birləşmək və həmrəy olmaq deməkdir. Bu yol sülhə səslənişdir. Söhbət isə sadəcə fiziki həmrəylikdən getmir. Milli birliyin formalaşdırılması, milli kimlik uğrunda mübarizə hər gün, hər saniyə davam etməlidir. 20 yanvar şəhidləri cənab Prezident İlham Əliyevin dik və məğrur duruşu ilə ölməz olduqlarını bir daha xatırlatdı".

Son xəbərlər