Səbinə Əliyevadan Ermənistan Ombudsmanının Azərbaycan ərazilərinə qanunsuz səfərinə REAKSİYA
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın kütləvi informasiya vasitələrində bu ölkənin yeni seçilmiş Ombudsmanı Kristina Qriqoryanın bu günlərdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qanunsuz səfər etməsi barədə məlumat verilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ermənistan Ombudsmanının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qanunsuz səfəri bir daha Ermənistan rəsmilərinin davamlı olaraq beynəlxalq hüquq normalarına hörmət etmədiklərini, regionda sülhə təhdid olan, yeni münaqişə ocaqları yaradan, milli ədavəti qızışdıran hərəkətlərə yol verdiyini göstərir.
"Bu qanunsuz səfər Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozmaqla yanaşı, qəsdən regionda vəziyyəti gərginləşdirir və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salır.
Ermənistan Ombudsmanına məsləhət görürük ki, regionda sülhə təhdid olan bu kimi qanunsuz hərəkətlərə yol verərək öz mandatına uyğun olmayan siyasi sifarişləri yerinə yetirməkdənsə, Ermənistanda yaşayan insanların kobud şəkildə pozulan hüquqlarının müdafiəsi ilə məşğul olsun", - Səbinə Əliyeva qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...