Samir Əftab Sial: Pakistan WUF13-də Azərbaycanla şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistan şəhərlərin inkişafı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Central Business District Punjab-ın (CBD Punjab) memarlıq və planlaşdırma üzrə direktoru Samir Əftab Sial bildirib.
Onun sözlərinə görə, Pakistan birgə layihələrin inkişafı çərçivəsində Azərbaycan biznesinin nümayəndələri ilə danışıqlar aparır.
"Biz Azərbaycanda müxtəlif qruplarla əməkdaşlıq qurmaq və layihələrimizi təqdim etmək, həmçinin qarşılıqlı fəaliyyət imkanlarını araşdırmaq üçün danışıqlar aparırıq", - o deyib.
Sial qeyd edib ki, söhbət şəhərsalma və daşınmaz əmlakın inkişafı sahəsində qarşılıqlı faydalı əməkdaşlıqdan gedir.
Onun sözlərinə görə, potensial əməkdaşlığın mərkəzində Bakı və paytaxt regionundakı layihələr dayanır.
Bakıda keçirilən WUF13-ə toxunan Sial qeyd edib ki, forumda iştirak Pakistana öz layihələrini təqdim etmək və yeni peşəkar əlaqələr qurmaq imkanı yaradır.
Bakı haqqında suala cavab verərkən o vurğulayıb ki, şəhər fəal inkişaf edən müasir urbanistik mərkəz kimi onda müsbət təəssürat yaradıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...