Salvador Dalinin oğurlanan 500 minlik əsərləri tapıldı - FOTO

Salvador Dalinin oğurlanan 500 minlik əsərləri tapıldı - FOTO
Foto
Siyasət 170

Məşhur ispaniyalı rəssam və heykəltəraş Salvador Dalinin oğurlanan iki əsəri tapılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, İspanyanın Katalonya bölgəsində polis əməkdaşları 50, 53 ve 55 yaşlı 3 şəxsi saxlayıblar.

Onlar bir illik araşdırmadan sonra həbs edilib. Tablolar 300 min avro (544 min 950 AZN) dəyərində olub. Əsərlər oğrulardan alınaraq sahiblərinə təqdim edilib.

Xatırladaq ki, Salvador Dali təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri olub. O, həyatı boyunca 1 500-dən çox rəsm əsəri çəkib, onlarla heykəllə bərabər, daş üzərində müxtəlif səpkili əsərlər yaradıb.

Onun 1994-cü ildə İstanbulda Art Fair sərgisində və 2001-ci ildə Brüsseldə beynəlxalq Kunstbeurs sərgisində azərbaycanlı rəssam Sakit Məmmədovla birlikdə rəsm əsərləri sərgilənib.

Son xəbərlər