Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" Partiyasının qələbəsi ilə nəticələnməsinin total saxtakarlıq olduğunu açıqlayıb.
Report TASS-a istinadən xəbər verir ki, bu barədə S.Zurabişvili brifinqdə bildirib.
"Bu gün burada ölkədə qalan yeganə müstəqil qurumun rəhbəri kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram", - Zurabişvili bildirib.
"Biz çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, total saxtakarlıq, sizin səslərinizin total oğurlanması, seçkiləri saxtalaşdırmaq üçün bu və ya digər ölkələrdə gördüyümüz bütün vasitələrdən istifadə edilməsi idi", - o vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...