Sahibə Qafarova: "Ermənistanın belə addımları bundan sonra da adekvat cavablandırılacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu təxribatın məsuliyyəti Ermənistanın hərbi - siyasi rəhbərliyinin üzərinə düşür və qarşı tərəfin bu kimi addımları bundan sonra da adekvat şəkildə cavablandırılacaq".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova bildirib.
Spiker dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olmuş hərbi qulluqçuların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını diləyib.
"Allah şəhidlərimizə rəhmət eləsin!", - paylaşımda deyilir.
Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...