Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib.
Bubarədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, müxtəlif ölkələrin dövlət, hökumət və parlament rəhbərlərinin iştirak etdiyi tədbirdə Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin iştirakçılara müraciəti səsləndirilib. Həmçinin bu ölkənin baş naziri Mustafa Mədbuli salamlama nitqi söyləyib.
Açılış mərasimi Misir mədəniyyətini əks etdirən bədii proqramın nümayişi ilə davam edib, daha sonra muzeyin simvolik artefaktlarının sərgisi nümayiş olunub.
Qeyd edək ki, muzeydə Misir sivilizasiyasının müxtəlif dövrlərinə aid eksponatlar və 100.000-dən çox artefakt mövcuddur.
Qalereya
Oxşar xəbərlər
Həbs edilən icra başçısını kim əvəz edir?
Üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin yerinə müvəqqəti təyinat olub....