Sahibə Qafarova Azərbaycanın Gürcüstandakı səfirliyində oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Gürcüstanda səfərdə olan parlament nümayəndə heyəti Azərbaycanın bu ölkədəki səfirliyinə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, spiker səfirliyin inzibati binasının foyesində ucaldılmış Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq müasir Azərbaycan dövlətçiliyinin memarının əziz xatirəsini ehtiramla yad edib.
Sonra səfir Faiq Quliyev səfirliyin fəaliyyəti barədə Milli Məclisin sədrinə ətraflı məlumat verib.
Parlamentin sədri səfirliyin əməkdaşlarının fəaliyyəti üçün burada yaradılmış şəraitlə tanış olub, səfirliyin əməkdaşlarına gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...