Sadır Japarov: COP29 ən yüksək səviyyədə təşkil olunub
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı və keçirilməsini yüksək qiymətləndirib.
Bu barədə "Report"a açıqlamasında Qırğızıstan Prezidenti COP29-un təşkilat səviyyəsi ilə bağlı suala cavabında bildirib.
"Çox yaxşı, ən yüksək səviyyədə", - S.Japarov vurğulayıb.
Qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov xanımı Aygül Japarova ilə birlikdə noyabrın 11-də COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Qırğız Respublikasının birinci xanımı Aygül Japarova noyabrın 12-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın himayəsi altında COP29 çərçivəsində Yaşıl Zonada "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusunda konfransda iştirak edib.
Oxşar xəbərlər
Eldar Quliyev əmr imzaladı: Əhliman Əmiraslanov və Abel Məhərrəmov şuranın rəhbərliyində yer aldılar
Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə yeni müavinlər təyin olunub. BAKU.WS "Yeni Sabah"a istinadən xəbər verir ki, bu barədə şura sədri, Milli Məclisin de...