Sabiq icra başçısı həbsxanada kef çəkir? - RƏSMİ AÇIQLAMA

Ədliyyə Nazirliyi Penitensiar xidmət Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Xidmətdən BAKU.WS-ə daxil olan məlumatda deyilir:
"Bəzi informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında guya həbs edilən ayrı-ayrı şəxslərin imtiyazlı şəraitdə saxlanılmasına dair məlumat dərc olunub.
Həmin məlumatın yoxlanılması üçün dərhal təcridxanaya baş çəkilib, həbsdə olan şəxslərin saxlanma şəraiti ilə tanış olunub və yerində araşdırma aparılıb. Nəticədə məlumatın yanlış olmaqla həqiqəti əks etdirmədiyi və ictimaiyyətdə yalnız çaşqınlıq yaratmaq məqsədi daşıdığı müəyyən edilib".
Qeyd edək ki, Ağstafanın həbs olunan sabiq icra başçısı Nizaməddin Quliyev və onu müavini Ramiz Tatarovun Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında imtiyazlı saxlanılması barədə məlumat yayılmışdı.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...