Sabiq direktora Elmi Cərrahiyyə Mərkəzində VƏZİFƏ VERİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsində direktorun elmi işlər üzrə müavini vəzifəsinə Hüseynov Xanbaba Meyxoş oğlu təyin olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, o, ötən gündən işə başlayıb.
Xanbaba Hüseynov 1981-1987-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika ixtisası üzrə təhsil alıb.
Daha öncə isə “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...