Sabah 200 azərbaycanlı Odessadan təxliyə ediləcək

Sabah 200 azərbaycanlı Odessadan təxliyə ediləcək
Siyasət 105

“Odessada yaşayan bir qrup azərbaycanlının sabah təxliyə ediləcəyi gözlənilir”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib.

Onun sözlərinə görə, sabah Odessadan 200-ə yaxın azərbaycanlının təxliyəsi nəzərdə tutulur:

“Bunun üçün 2 avtobus ayrılıb. Daha iki avtobusun ayrılması üçün də çalışırıq. Hazırda nəqliyyat vasitəsi tapmaq çox çətindir”.

Rövşən Quliyev qeyd edib ki, təxliyə üçün 300-ə yaxın azərbaycanlı müraciət edib.

O diqqətə çatdırıb ki, təxliyə olunacaq azərbaycanlılar Moldova sərhədinə çatdırılacaq.

Son xəbərlər