Saakaşvilinin komandasında müdafiə naziri işləmiş şəxs həbs edilib
Gürcüstanda məhkəmə keçmiş müdafiə naziri İrakli Okruaşvilinin barəsində seçilmiş 7,3 min dollar məbləğində girov qərarını ləğv edərək onun həbsinə qərar verib.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qərarın səbəbi kimi Okruaşvilinin Gürcüstan parlamentində Saakaşvilinin qanunsuz fəaliyyətlərinin araşdırılması üzrə komissiyanın iclasına gəlməkdən imtina etməsi göstərilir.
Qeyd edək ki, Okruaşvili bir vaxtlar sabiq prezident Mixeil Saakaşvilinin hakimiyyəti dövründə müdafiə naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, bundan əvvəl Gürcüstan parlamenti siyasi birliklərin qadağan edilmiş partiyaların ideologiyasına bənzər fəaliyyət göstərməsi halında onların ləğvini mümkün edən qanun layihəsini qəbul edib. Yeni düzəlişlərə 80 deputatdan ibarət parlament çoxluğu dəstək verib.
Oxşar xəbərlər
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Şəhidlər xiyabanını ziyarət edib
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Allison Huker Şəhidlər xiyabanını ziyarət edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səf...