Saakaşvili Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“2008-ci il hadisələrində Azərbaycanın rolu kifayət qədər qiymətləndirilmir”.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yazıb.
“Qardaş qonşu dövlət bizi yanacaq infrastrukturu və ölkəmizi xilas etmək üçün mühüm əhəmiyyət kəsb edən maliyyə ilə təmin etdi. Hərbi sahədə dəstəyindən isə yəqin ki, Azərbaycan özü danışmalıdır, amma bu çox vacib idi”, - eks-prezident qeyd edib.
O, mühüm dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürünü bildirib.
Qeyd edək ki, 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsi nəticəsində Abxaziya və Cənubi Osetiya işğal olunub.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...