Saakaşvili həbsdən tərəfdarlarına məktub yazıb

Saakaşvili həbsdən tərəfdarlarına məktub yazıb
Siyasət 233

Gürcüstanda saxlanılan eks-prezident Mixeil Saakaşvili cəzaçəkmə müəssisəsindən tərəfdarlarına məktub göndərib.

BAKU.WS xəbər verir ki, siyasətçi Kiyevdən Gürcüstana gələrkən saxlanılacağını gözlədiyini bildirib. Saakaşvilinin məktubundan bir hissəni təqdim edirik:

“Mənim azadlığım və daha önəmlisi Gürcüstanın azadlığı sizin fəallığınız və yaxın günlərdəki mübariz ruhunuzdan asılı olacaq. Beynəlxalq dəstək də bundan asılıdır. Xahiş edirəm, şübhə etməyin və sona qədər inanın ki, qələbəmiz öz əlimizdədir. Hamınızı sonadək seçkilərə getməyə çağırıram. Sizi sevirəm”, - məktubda deyilir.

Son xəbərlər