Rüstəm Minnixanov Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasında səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov iyunun 18-də Şəhidlər xiyabanını ziyarət edib.
BAKU.WS xəbər verir ki, Tatarıstanın Rəisi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb.
Tatarıstanın Rəisi “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...