Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
Siyasət 35

Avropa İttifaqı Şurasından verilən açıqlamada Rusiya iqtisadiyyatını hədəf alan sanksiyaların 31 yanvar 2023-cü ilə qədər uzadılmasına qərar verildiyi bildirilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada, Rusiyanın Ukraynada sabitliyi pozduğuna əsaslanaraq tətbiq edilən iqtisadi sanksiyaların ilk dəfə 2014-cü ildə başladığı, daha sonra Rusiyanın Ukraynaya hücumu ilə fevral ayından bu yana sanksiyaların əhatə dairəsinin genişləndirildiyi bildirilib.

Xatırladaq ki, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra Aİ 7 sanksiya paketini həyata keçirib. Bu çərçivədə Rusiyadan qızıl, neft və kömür idxalına qadağa qoyulub. Bir çox Rusiya bankı beynəlxalq ödəniş sistemi olan SWIFT-dən çıxarılıb.

Son xəbərlər