Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000-i ötüb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 165 610-a yüksəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Son sutkada Rusiya Ukraynada 700-dən çox hərbçi itirib.
Qeyd edək ki, Rusiya qoşunlarının müharibədəki başqa döyüş itkiləri 3 537 tank, 6 869 zirehli maşın, 2 160 operativ-taktiki PUA, 507 reaktiv yaylım atəşi sistemi, 2 577 artilleriya sistemi, 270 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 290 helikopter, 5 415 avtomobil və tanker, 265 xüsusi texnika, 907 qanadlı raketdən ibarətdir.
Oxşar xəbərlər
Müharibənin 389-cu günü: Rusiyanın itkiləri - İNFOQRAFİKA
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb. BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı...