Rusiyanın sülh platforması təklifinə Azərbaycan tərəfindən CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Rusiyada və başqa platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu TASS-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Moskvanın tərəflərin görüşünü təşkil etməyə hazır olması barədə bəyanatlarına münasibət bildirərkən deyib.
“Azərbaycan tərəfi Rusiyada və digər platformalarda Ermənistan tərəfi ilə danışıqlara hər zaman hazır olub”, - o bildirib.
Daha əvvəl brifinqdə Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında tərəflərin üstünlük verdiyi ikitərəfli formatda danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...