"Lefortovo"da saxlanılan Rusiya Müdafiə nazirinin müavini "Ozon"dan sifarişlər alır?

Lefortovoda saxlanılan Rusiya Müdafiə nazirinin müavini Ozondan sifarişlər alır?
Siyasət 73

Rüşvət ittihamı ilə həbs olunan Rusiya Müdafiə nazirinin müavini Timur İvanov poçt vasitəsilə ailəsi ilə yazışa bilər və bağlamalar qəbul edə bilər.

Onun həbsdə saxlanma şəraiti ilə bağlı təfərrüatlar "Shot" Telegram kanalı tərəfindən açıqlanıb.

Kanalın məlumatına görə, İvanov "Lefortovo" həbsxanasında iki nəfərlik kamerada saxlanılır, kamerada televizor və soyuducu var. Kameranın daxili şəraitini dəyişdirmək qadağandır və orada saxlanılanlar ciddi rejimə və şərtlərə əməl etməlidirlər.

Həbsxananın ərazisində restoran və mağaza yoxdur, lakin nazir müavininin yaxınları "Ozon" vasitəsilə lazım olan sifarişləri "Lefortovo"ya göndərə bilərlər.

Əgər bağlama yoxlamadan keçərsə, o, məhbuslara çatdırılacaq. "Shot" qeyd edir ki, həbsxana əməkdaşları İvanova "siz" deyə müraciət edirlər.

Müdafiə nazirinin müavini iş yerində saxlanılıb və aprelin sonunda həbs olunub. Ona Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsi ("Xüsusilə böyük məbləğdə rüşvət alma") üzrə ittiham irəli sürülüb. İstintaqın versiyasına görə, İvanov cinayətkar qrupun tərkibində olmaqla, hərbi idarənin ehtiyacları üçün podrat və subpodrat işlərinin aparılmasından maddi mənfəət əldə edib.

Son xəbərlər