Rusiyanın Müdafiə naziri: “Artıq 1100-dən çox sülhməramlı Dağlıq Qarabağda yerləşdirilib”
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ermənistanda əlavə beş sərhəd zastavası yerləşdirib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə FTX rəhbəri Aleksandr Bortnikov Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
FTX rəhbəri qeyd edib ki, onlardan 2 post Ermənistan və Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Yerasx və Payrur Seyvak ərazisində, 2 post Ermənistan və İran sərhədində - Meğri və Sıqırt ərazisində və sonuncu post sərhəddəki Tex məntəqəsində yerləşdirilib.
“Bütün lazımi tədbirlər Ermənistanın sərhəd orqanları ilə razılaşdırılaraq həyata keçirilib. Azərbaycan sərhədçiləri ilə də müvafiq əlaqələr qurduq, məlumat mübadiləsi apardıq. Sərhədçilər dövlət sərhədinin qorunması rejimində xidmət edirlər”, deyə Bortnikov vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...