Rusiyanın Ermənistandakı hərbi bazasının yaxınlığında Fransa desantı

Rusiyanın Ermənistandakı hərbi bazasının yaxınlığında Fransa desantı
Video
Siyasət 42

"2025-ci ilin avqustundan sonra Azərbaycan və Ermənistan faktiki olaraq münaqişənin yekun tənzimlənməsi məsələsində finiş xəttinə çıxmasına baxmayaraq, Parisdəki hərbi-siyasi rəhbərlik Cənubi Qafqazda sülhün bərqərar olmasına qarşı ardıcıl və şüurlu şəkildə fəaliyyətini davam etdirir.

Çünki bu, Fransanın regiondakı xarici siyasətinin əsas alətlərindən birini - idarə olunan qeyri-sabitliyi - sıradan çıxarır".

BAKU.WS xəbər verir ki, bu fikirlər "Caliber"in "YouTube" kanalının yeni süjetində qeyd olunub.

Bildirilib ki, Beşinci Respublika Cənubi Qafqazda təsir zonasını genişləndirmək barədə illüziyalar quraraq, Ermənistanı hərbi-siyasi forpost kimi önə çıxarıb və məhz bu səbəbdən İrəvanı sistemli şəkildə silahlandırıb, paralel olaraq hətta Fransaya məxsus hərbi kontingentin yerləşdirilməsi imkanlarını da yoxlayıb və qismən də olsa, buna nail olub.

"Makron dövründə Ermənistanın militarizasiyası xətti gücləndirildi və institusionallaşdırıldı: Ermənistan-Fransa hərbi əməkdaşlığının memarlığı ardıcıl şəkildə formalaşdırıldı - zabitlərin hazırlanması proqramlarından tutmuş silah tədarükünə dair sazişlərədək. Fransa Ermənistana hava hücumundan müdafiə vasitələri üçün nəzərdə tutulan müxtəlifmənzilli raketlərin tədarükünə hazır olduğunu bəyan etdi. Söhbət Ermənistan tərəfinin ehtiyac duyacağı təqdirdə ona veriləcək qısa və ortamənzilli "Mistral" raketlərindən gedir. Bundan əlavə, erməni zabitlərinin Fransada yenidən hazırlanması barədə razılaşma əldə olunub", - deyə materialda vurğulanır.

Son xəbərlər