Rusiyanın bu partiyasının Rəyasət Heyətinin katibi Delyaqinə görə Azərbaycandan üzr istədi
Yeniliklərdən dərhal xəbərdar olun
“Spravedlivaya Rossiya” partiyasının rəyasət heyətinin katibi, Rusiya Dövlət Dumasının III-VII çağırış deputatı Oleq Şein partiyadaşı Mixail Delyaqinin Azərbaycanın ünvanına Rusiyanın dövlət telekanallarında səsləndirdiyi təhqir və təhdidlərlə bağlı Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adına məktub ünvanlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, məktubda Oleq Şein sağlam düşüncəsini itirməmiş Rusiya vətəndaşları adından həmpartiyalısı, Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiya televiziyasında səsləndirdiyi fikirləri ilə bağlı üzr istəyib, soydaşlarının əksər çoxluğunun Azərbaycanı dost ölkə, Azərbaycan xalqını isə mehriban qonşu kimi qəbul etdiklərini vurğulayıb.
Eyni zamanda Oleq Şein təmsil etdiyi partiyanın rəhbərliyinə daxil olan bir şəxs kimi gələcəkdə belə insidentlərin baş verməməsi üçün müvafiq addımlar atdığını da bildirib.
Oxşar xəbərlər
Polad Bülbüloğlu "Rossiya 1” rəhbərliyinə Azərbaycan ictimaiyyətinin ciddi narazılığını çatdırdı
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, iqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqinin Rusiya televiziyasında səsləndirdiyi məlum sərsəm və...