Rusiyanın 2 vilayətinə PUA hücumu - 50-yə yaxın reys gecikdi
05
sen
2023
10:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə Rusiyanın Kaluqa və Moskva vilayətlərində 2 pilotsuz uçuş aparatı məhv edilib.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məhv olunan PUA-lar Ukraynaya məxsusdur.
Bundan başqa, PUA həyəcanı ilə bağlı olaraq Domodedovo, Şeremetyevo və Vnukovo hava limanlarında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, Moskva aeroportlarında ləngiyən 50-dək reys artıq bərpa edilir. İlk yerli reys Soçiyə, beynəlxalq reys isə İstanbul və Antalyaya yola düşüb.
Oxşar xəbərlər
Vnukovo hava limanı fəaliyyətini bərpa edib - YENİLƏNİB
Vnukovo hava limanının fəaliyyəti bərpa olunub. BAKU.WS Tass-a istinadən xəbər verir ki, "Vnukovo"nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, saat 1...