Rusiyadan heyət Ukrayna təmsilçiləri ilə danışıqlar üçün Belarusa gedib
27
fev
2022
11:43
Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gedib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əldə edilmiş razılığa əsasən, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər idarələrin, o cümlədən prezident administrasiyasının nümayəndələrindən ibarət Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gəlib. Biz bu danışıqları Qomeldə başlamağa hazırlaşacağıq”, - Peskov jurnalistlərə bildirib.
Oxşar xəbərlər
Kreml: “Putin Ukrayna ilə danışıqlar üçün Minskə heyət göndərməyə hazırdır”
“Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar üçün Belarusun paytaxtı Minskə heyət göndərməyə hazırdır. Heyət Müdafiə Nazirliyi, Xarici İşlər Nazirli...