Rusiyadan gələn sensasiyalı təhdidlərə sərt reaksiya: "Putin bizə nə edə bilər?!"

"Vladimir Solovyovun sözlərinə görə, Rusiya İranla birləşərək Azərbaycana qarşı mübarizə aparmaq niyyətindədir. Lakin İranın bundan xəbəri yoxdur. Rusiyanın məqsədi Azərbaycanı qorxutmaq deyil, Azərbaycanda müəyyən nəticələr əldə etməkdir".
Bu sözləri siyasi şərhçi Elçin Alıoğlu Baku TV-nin "Aktual Gündəm" verilişində söyləyib.
O qeyd edib ki, Rusiya Aktauda baş verən təyyarə qəzasında həm AZAL-a, həm də dövlətə təzminat ödəyəcək və bunun müqabilində istədiyi bir məsələ var: rəsmi bəyanatda qəzanın səbəbi kimi Ukrayna dronlarının göstərilməsi.
Siyasi şərhçi bildirib ki, Azərbaycana raket hücumu və rayonların işğalı barədə yayılan məlumatlar əsasən psixoloji təzyiqdir.
"Rusiyada illərdir ki, 311 min nəfər Ukraynaya qarşı mübarizə aparır, amma heç nə edə bilmirlər. Azərbaycan Ordusunun isə 221 min nəfər ordusu var. Putin bizə nə edə bilər?!", - deyə Elçin Alıoğlu vurğulayıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Azərbaycan, ŞƏT və regional təhlükəsizlik
Geosiyasi gərginlik, ticarət qarşıdurması, iqlim dəyişikliyi, təhlükəsizlik sahəsində qlobal çağırışlar və son illərdə proksi müharibələri kimi yeni halla səciy...
