Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 280 ton buğda və 277 ton gübrə göndərilib
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində Ermənistana 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4vaqondan ibarət, çəkisi 277 ton olan gübrə göndərilib.
***10:18
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
BAKU.WS "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 277 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Oxşar xəbərlər
Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
Bu gün Çinin paytaxtı Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı olub. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Turizm Agentliyindən b...