Rusiyadan Azərbaycanın Ukrayna ilə bağlı təşəbbüsünə MÜNASİBƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ukrayna ilə bağlı ölkələrin təklif etdiyi vasitəçilikdən heç vaxt imtina etməyib. Hesab edirik, vasitəçilik təklif edən ölkələr ötən səkkiz il ərzində öz nüfuzlarından istifadə edib Kiyev rejiminə öz öhdəliklərini yerinə yetirməklə bağlı təsir edə bilərdilər.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu gün keçirdiyi brifinqdə "Rusiya XİN Türkiyə və Azərbaycanın Ukrayna ətrafında vəziyyətin nizamlanması ilə bağlı təkliflərlə çıxış etməsi faktını necə qiymətləndirir?" sualına cavabında bildirib.
"İndi biz bütün konstruktiv təkliflərə baxırıq. Hansısa nəticələrə gətirib çıxaracaq faydalı təşəbbüslərə reaksiya veririk. Digər tərəfdən, görüş naminə görüş, təşəbbüs naminə təşəbbüs variant deyil. Ona görə də, konstruktiv olan təkliflərə baxacağıq. Bununla belə, biz diplomatik nizamlanmaya kömək etməyə hazır olan hər kəsə minnətdarıq", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...