Rusiyada öldürülən qardaşların cənazələrinin Bakıya gətirilməsi ilə bağlı XİN-dən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətirilməsi məsələsi ilə Azərbaycanın bu ölkədəki səfirliyi və Yekaterinburqdakı Baş konsulluğu məşğuldur".
BAKU.WS xəbər verir ki, bununla bağlı Oxu.Az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə açıqlama verib.
"Əlavə məlumat olduqda ictimaiyyətə təqdim ediləcək", - deyə XİN rəsmisi qeyd edib.
Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində onlarla azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüblər. Bundan başqa qardaşların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov da qətlə yetirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi baş vermiş hadisə ilə bağlı bəyanat yayıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...