Rusiyada keçirilən beynəlxalq yarışda ermənilərdən Azərbaycana qarşı təxribat - FOTO

Rusiyada keçirilən beynəlxalq yarışda ermənilərdən Azərbaycana qarşı təxribat - FOTO
Foto
Siyasət 1237
Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu dəfə ermənilər öz stendlərində Azərbaycan milli musiqi alətlərini və məişət əşyalarını öz tarixi alətləri kimi “Beynəlxalq Ordu Oyunları - 2019” yarışının iştirakçılarına təqdim edirlər. Belə ki, musiqi alətlərindən tar, saz, kamança və tütək tarixi erməni milli musiqi aləti kimi göstərilir. Bundan başqa məişət əşyalarından “Sənək” də erməniləşdirilib.Bu fakt barədə təşkilatçılar məlumatlandırılsada hələdə müsbət nəticə əldə edilməyib. Qeyd edək ki, avqustun 3-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları start götürüb.Xatırladaq ki, Qeyd edək ki, bundan əvvəl “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində nümayiş olunan stenddə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını öz ərazisi kimi təqdim etmişdi və Azərbaycan tərəfinin müdaxiləsindən sonra həmin xəritə stenddən yığışdırılmışdı.

Oxşar xəbərlər

Tankçılarımız Çin, Qazaxıstan və Serbiyaya qarşı

Tankçılarımız Çin, Qazaxıstan və Serbiyaya qarşı

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinə yüksəlmiş 16 komanda arasında püşkatma m...

483 Siyasət 21:31 09 avqust 2019

Son xəbərlər