Rusiyada ilk “Qəhrəman ana” adı Ramzan Kadırovun həyat yoldaşına verilib

Rusiyada ilk “Qəhrəman ana” adı Ramzan Kadırovun həyat yoldaşına verilib
Siyasət 495

Rusiya Prezidenti Vladimir Putin “Qəhrəman ana” fəxri adının verilməsi barədə Fərman imzalayıb.

BAKU.WS xəbər verir ki, ilk belə fəxri ada Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun həyat yoldaşı Mədinə Kadırova və Yamalo-Nenets Muxtar Dairəsinin sakini Olqa Dextyarenko layiq görülüblər.

Mədinə Kadırovanın 14, Olqa Dextyarenkonun isə 10 övladı var.

Rusiyada “Qəhrəman ana” fəxri adı bu ilin avqustundan təsis edilib. Fəxri ad 10 və daha artıq uşaq dünyaya gətirib, tərbiyə edən analara verilir.

Son xəbərlər