Rusiya XİN Moskvada Bakı və İrəvan arasında danışıqlar aparılacağı məlumatını təsdiqləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya sülh sazişinin layihəsi üzərində bundan sonra aparılacaq işin Bakı və İrəvan tərəfindən ikitərəfli əsasda davam edəcəyi mövqeyindən çıxış edir.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
“Bu prosesə kömək edilməsində öz rolumuzu görürük, buna görə də danışıqların növbəti mərhələsi çərçivəsində görüş üçün Moskvanı təklif etmişik. Bizim əsas məqsədimiz regionda davamlı və dayanıqlı sülhü təmin etməkdir”, - deyə M.Zaxarova əlavə edib.
O, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar kompleksinin yerinə yetirilməsinin alternativi olmadığını vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...