Rusiya XİN: Fransa Ermənistana silah satmaqla Cənubi Qafqazda növbəti eskalasiyanı təhrik edir
Fransa Cənubi Qafqazda növbəti eskalasiya mərhələsini təhrik edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, CAESAR haubitsalarının Ermənistana tədarükünə dair saziş bunu təsdiqləyir.
“Paris ölkələr daxilində və ya ölkələr arasında mövcud fikir ayrılıqlarından yalnız öz fürsətçil məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə etməyə çalışır. Öz fürsətçi məqsədləri dedikdə təkcə Fransanın öz milli maraqlarını nəzərdə tutmuram, həm də NATO ideologiyasının vasitəçisi olan Fransanı nəzərdə tuturam”, - M.Zaxarova deyib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...