Rusiya XİN: Minaların təmizlənməsi münaqişə zonalarının bərpası üçün zəruri şərtdir
Humanitar minatəmizləməyə artıq yalnız texniki məsələ kimi baxıla bilməz, o, postmünaqişə ərazilərində həyatın normallaşması üçün zəruri şərtə çevrilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təşkilatlar Departamentinin direktor müavini Vadim Sergeyev Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilən panel müzakirəsində deyib.
"Humanitar minatəmizləməyə artıq yalnız texniki məsələ kimi baxmaq olmaz. O, insanların sağ qalması və sosial-iqtisadi fəaliyyətin bərpası üçün zəruri şərtə çevrilib", - o qeyd edib.
V.Sergeyev vurğulayıb ki, çirklənmiş ərazilərin sahəsinin genişlənməsi və minatəmizləmə işlərinin dəyərinin artması müasir yanaşmaların və texnologiyaların sürətləndirilmiş şəkildə tətbiqini tələb edir.
XİN nümayəndəsinin sözlərinə görə, Rusiya minatəmizləmə fəaliyyəti sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanmasının və praktik təcrübə mübadiləsinin tərəfdarıdır.
Oxşar xəbərlər
Keyt Firon: Səmərəli minatəmizləmə fəaliyyətinin əsasında milli məsuliyyət dayanır
Səmərəli minatəmizləmə fəaliyyəti milli məsuliyyətdən başlayır. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəz...