Rusiya XİN Lavrov-Mirzoyan görüşü barədə: Bir çox məsələlər qapalı qapılar arxasında müzakirə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan yanvarın 21-də Moskvada aparılan danışıqlar zamanı məsələlərin geniş spektrini müzakirə ediblər.
"Report" xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə "NEWS.ru"nun sualını cavablandırarkən bildirib.
"Səmimi söhbət aparılıb, lakin hər şey kamera qarşısında olmayıb. Bir çox məsələlər qapalı qapılar arxasında müzakirə edilib. Təxminən üç saat qapalı qapılar arxasında keçib, ona görə də deyə bilərəm ki, həqiqətən də tərəflər üçün xüsusi aktuallıq kəsb edən bir çox məsələlər üzrə səmimi söhbət olub", - Zaxarova qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...