Rusiya ukraynalı dənizçiləri sərbəst buraxır

Rusiya ukraynalı dənizçiləri sərbəst buraxır
Siyasət 462
Rusiya ötən ilin noyabrında Kerç boğazında saxladıqdan sonra həbs etdiyi ukraynalı dənizçiləri sərbəst buraxmağa hazırlaşır.BAKU.WS DHA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın yeni Baş prokuroru Ruslan Ryaboşapka bildirib.O qeyd edib ki, bununla bağlı Rusiya tərəfi ilə razılaşma əldə edilib və Ukrayna da həbsdə olan rusları sərbəst buraxır:“Ukraynalı dənizçilərlə yanaşı, digər məhbuslar Sentsov, Karpyuk, Baluh və Qrib də evlərinə qayıdırlar. Gözləyirik”.Qeyd edək ki, 11 iyulda Rusiya və Ukrayna prezidentləri arasındakı telefon danışığında məhbusların qarşılıqlı olaraq dəyişdirilməsi məsələsi də müzakirə edilmişdi.Xatırladaq ki, Rusiya hərbçləri 25 noyabrda Kerç boğazında Ukraynanın 3 gəmisini saxlamış və 24 ukraynalını həbs etmişdi.

Oxşar xəbərlər

Zelenski Putini əsirləri buraxmağa razı salıb

Zelenski Putini əsirləri buraxmağa razı salıb

Rusiya və Ukrayna rəsmiləri əsirlərin azad edilməsi ilə bağlı danışıqlar prosesində final mərhələsindədir.BAKU.WS xəbər verir ki, bu barədə "Kommersant" qəzeti...

570 Siyasət 16:55 21 avqust 2019

Son xəbərlər