Rusiya səfirliyi ulu öndərin anım günü ilə bağlı paylaşım edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.
Bu barədə paylaşım diplomatik nümayəndəliyin teleqram kanalında yerləşdirilib.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 20 il əvvəl aramızdan ayrıldı. Bizim ümumi ölkəmizin (SSRİ - red.) və müasir Azərbaycanın inkişafında əvəzsiz xidmətləri olmuş bu böyük Sovet və Azərbaycan dövlət xadiminin parlaq xatirəsini ehtiramla anırıq”, - deyə paylaşımda bildirilib.Səfirlik qeyd edib ki, ulu öndər Heydər Əliyev müasir Rusiya-Azərbaycan münasibətlərinin əsasını qoyub:
“Bu gün Rusiya və Azərbaycan müttəfiq, strateji və səmərəli iqtisadi tərəfdaşlıq, mədəni mübadilə, regionda sülh, təhlükəsizliyin qorunması, dəstəklənməsi nümunəsini təqdim edən ölkələrdir”.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...