Rusiya səfirliyi Azərbaycana təşəkkür edib
Rusiyanın Bakıdakı səfirliyi İrandan Rusiya vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkürünü bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə diplomatik missiyanın "Telegram" kanalı məlumat yayıb.
"Rusiya səfirliyi Astara keçid məntəqəsindən İranı tərk edən Rusiya vətəndaşlarına kömək göstərir. Sərhəd keçid icazələrinin tez bir zamanda işlənməsi də daxil olmaqla, göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirmək istərdik", - deyə məlumatda vurğulanıb.
Diplomatik missiya həmçinin vurğulayıb ki, hazırda Azərbaycandan gedənlərin siyahısında təxminən 500 rusiyalı var.
Oxşar xəbərlər
Prezidentin səfəri Naxçıvanın ölkə inkişafında mühüm yer tutacağına işarədir
Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı səsləndirdiyi fikirlər bölgənin qarşıdakı dövrdə də Azərbaycanın iqtisadi və regional inkişafında mühüm yer tut...