Rusiya qüvvələri Xersondakı doğum evini atəşə tutublar
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya işğalçı qoşunları işğaldan azad edilmiş Xerson şəhərinin mülki infrastrukturunu atəşə tutmağı dayandırmır. Çərşənbə axşamı, dekabrın 27-də onlar yenidən xəstəxananın doğum şöbəsinə zərbə endiriblər.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko teleqramda bildirib.
“Bu gün 2 körpənin doğulduğu yer atəşə tutulub. Hücumdan əvvəl həkimlər qeysəriyyə əməliyyatını başa çatdıra biliblər. Müəssisədə doğuşdan sonra 5 qadın var”, - o yazıb.
Timoşenko qeyd edib ki, möcüzəvi şəkildə düşmənin hücumu zamanı heç kim xəsarət almayıb, çünki hamı sığınacaqda idi - həm həkimlər, həm də pasiyentlər.
Oxşar xəbərlər
Rusiyanın Ukraynaya raket hücumu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB - FOTO/VİDEO
Rusiya ordusunun Ukrayna şəhərlərinə təşkil etdiyi kütləvi raket hücumları nəticəsində ölən mülki şəxslərin sayı 11-ə çatıb. BAKU.WS UNİAN-a istinadla xəbər ver...