Rusiya PUA-sı Türkiyə ərazisinə düşüb
22
iyn
2022
15:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Gümüşhane şəhərinin Kürtün rayonunda dağlıq ərazidə qəzaya uğramış Rusiyanın “Orlan-10” pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Əraziyə nə zaman düşdüyü müəyyən edilməyən PUA-nı göbələk yığmağa gedən vətəndaşlar tapıblar.
1400 kilometr mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna və ya Suriyadan siqnal itdikdən sonra bu bölgəyə gəlib çatdığı güman edilir.
Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA ekspertiza üçün paytaxt Ankaraya göndərilib.
Oxşar xəbərlər
KİV: "Azərbaycan döyüş meydanında PUA-lardan səmərəli istifadə edib"
Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibə müasir döyüşlərdə pilotsuz uçuş aparatlarından (PUA) uğurla istifadənin nümunəsi oldu. İndi isə bu təcrü...