Rusiya ilə Azərbaycan arasındakı çoxəsrlik münasibətləri pozmağa heç kimin gücü çatmaz

Rusiya ilə Azərbaycan arasındakı çoxəsrlik münasibətləri pozmağa heç kimin gücü çatmaz
Siyasət 65

"Rusiya və Azərbaycan son üç ildə uğurla əməkdaşlıq edir. İki ölkə arasında münasibətlərə mənfi təsir göstərmək istəyən qüvvələr Rusiya ilə Azərbaycan arasındakı çoxəsrlik dostluq və qardaşlıq münasibətlərini poza bilməyəcəklər".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu deputat Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədrinin birinci müavini Aleksey Çepa "Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin qəbulunun üç ili" mövzusunda keçirilən dəyirmi masada deyib.

Deputat qeyd edib ki, üç il əvvəl bu sənədin imzalanması iki ölkə arasında münasibətləri tamamilə yeni səviyyəyə qaldırıb:

"Əminəm ki, əlaqələrimiz möhkəmlənəcək və bunun üçün hər iki tərəf birgə səylər göstərəcək. Bir il əvvəl, yanvar ayında Rusiya ilə Azərbaycan arasında 2026-cı il üçün çox mühüm iqtisadi inkişaf yol xəritəsi imzalandı. Bu, təkcə Azərbaycanın deyil, həm də bütün regionun inkişafı üçün mühüm rol oynayan əsas məqamdır. Burada da Azərbaycanın rolu böyükdür. Bu yol xəritəsi hazırlanarkən qarşıya qoyulan vəzifələrin növbəti illərdə sistemli şəkildə həyata keçiriləcəyini düşünürəm".

Son xəbərlər